Kolumbiyada səkkiz azərbaycanlı miqrant xilas edilib - YENİLƏNİB

Kolumbiyada səkkiz azərbaycanlı miqrant xilas edilib - YENİLƏNİB Kolumbiyanın sahil mühafizəsi xidmətinin əməkdaşları ölkənin San-Andres adası sahillərində keçirdikləri əməliyyat zamanı Azərbaycan vətəndaşı olan miqrant xilas edilib.
Digər ölkələr
12 Oktyabr , 2023 01:50
Kolumbiyada səkkiz azərbaycanlı miqrant xilas edilib - YENİLƏNİB

Kolumbiyanın hərbi dəniz donanması San-Andres adasının sahillərində Nikaraqua, sonra isə ABŞ-a getməyə çalışan, aralarında 8 azərbaycanlının da olduğu 31 miqrantı xilas edib və gəminin iki heyət üzvünü saxlayıb.

Bu barədə “Report” “Vozdeamerica.com”a istinadən xəbər verir.

Qeyd edilir ki, Kolumbiya Sahil Mühafizəsi San Andres adasının cənubunda 13-ü Ekvador, 9-u Venesuela, 8-i Azərbaycan və 1-i Çili olmaqla, 31 nəfərin olduğu, heç bir təhlükəsizlik tədbirinə əməl etməyən gəmini saxlayıb.

Qaydalara uyğun hərəkət etməyən gəmidə altı azyaşlı uşaq da aşkarlanıb. Onlar San Andresdəki əsas Sahil Mühafizəsi xidmətinə aparılıblar.

11.10.2023. 23:59

Kolumbiyanın sahil mühafizəsi xidmətinin əməkdaşları ölkənin San-Andres adası sahillərində keçirdikləri əməliyyat zamanı Azərbaycan vətəndaşı olan miqrant xilas edilib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, miqrantlar Azərbaycanla yanaşı, Ekvador, Venesuela və Çilidəndir. Miqrantların ümumi sayı 32 nəfərdir. Əməliyyat zamanı qanunsuz miqrant fəaliyyəti ilə məşğul olduğuna saxlanılanlar var.

San Andres adasının sahil mühafizəsinin regional komandiri Eduardo Solano Prada qanunsuz miqrantların Ekvador, Venesuela, Azərbaycan və Çili vətəndaşları olduğunu təsdiqləyib.

O, qeyd edib ki, faktla bağlı iki nəfər saxlanılıb. Prada saxlanılan şəxslərdən birinin daha əvvəl üç dəfə miqrant qaçaqmalçılığına görə yaxalandığını deyib.

Miqrantlar Kolumbiyanın Miqrasiya Xidmətinə təhvil veriləcək.

Son xəbərlər

Orphus sistemi