Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb - YENİLƏNİB
- 02 may, 2024
- 20:35
Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
“Dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsinin həyata keçirilməsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”, - nazirliyin açıqlamasında bildirilib.
Qeyd olunub ki, mövcud qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım çatdırılmasına icazə verənə qədər qüvvədə olacaq.
2024-05-02 21:34
Türkiyə İsraillə ticarət əlaqələrini dayandırıb.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
Mənbələr Türkiyənin İsrail ilə bütün ixrac-idxal əməliyyatlarını dayandırdığını bildirib.
Hələlik Türkiyə hökuməti məsələ ilə bağlı rəsmi açıqlama verməyib.