KİV: “ABŞ xaricdə qabaqcıl texnologiyalara bəzi investisiyaları məhdudlaşdıra bilər”

Digər ölkələr
  • 04 mart, 2023
  • 06:00
KİV: “ABŞ xaricdə qabaqcıl texnologiyalara bəzi investisiyaları məhdudlaşdıra bilər”

“ABŞ Prezidenti Cozef Baydenin administrasiyası xaricdə qabaqcıl texnologiyalara investisiyaları məhdudlaşdıra biləcək yeni qaydalar hazırlayır”.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” hakimiyyətin hesabatlarına istinadən yazır.

“Maliyyə və Ticarət nazirlikləri ABŞ-ın milli təhlükəsizliyinə təhdid yarada biləcək xarici qabaqcıl texnologiyalara investisiya qoyuluşunu tənzimləyən yeni sistemi nəzərdən keçirdiklərini açıqlayıb”, - məlumatda deyilir.

Mənbələrin məlumatına görə, yeni proqram qabaqcıl yarımkeçiricilərə, kvant kompüterlərinə və süni intellektin bəzi formalarına investisiyalara təsir göstərəcək. Məhdudiyyətlərin hansı ölkələrə şamil ediləcəyi göstərilməsə də, bunun, çox güman ki, əsasən, Çinə təsir edəcəyi gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti