KİV: ABŞ qanunsuz miqrasiya ilə mübarizəyə 300 milyon dollar xərcləyib

KİV: ABŞ qanunsuz miqrasiya ilə mübarizəyə 300 milyon dollar xərcləyib ABŞ cəmi bir neçə ay ərzində qeyri-qanuni miqrasiya və narkotik ticarəti ilə mübarizəyə 300 milyon dollardan çox vəsait xərcləyib.
Digər ölkələr
29 mart 2025 20:21
KİV: ABŞ qanunsuz miqrasiya ilə mübarizəyə 300 milyon dollar xərcləyib

ABŞ cəmi bir neçə ay ərzində qanunsuz miqrasiya və narkotik ticarəti ilə mübarizəyə 300 milyon dollardan çox vəsait xərcləyib.

“Report” xəbər verir ki, bu barədə CNN ölkənin Müdafiə Nazirliyindəki (Pentaqon) mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, nazirlik miqrantlara qarşı mübarizəyə ilk ayda təxminən 250 milyon dollar xərcləyib. Martın ortalarınadək bu rəqəm Daxili Təhlükəsizlik Departamenti və bəzi digər agentliklərin xərclərini nəzərə alınmasa, 328 milyon dollara yüksəlib.

"Donald Tramp administrasiyasının immiqrasiya və narkotik axınını azaltmaq üçün cənub sərhədində genişmiqyaslı hərbi əməliyyatı artıq vergi ödəyicilərinə 300 milyon dollardan çox başa gəlib", – telekanal bildirir.

Mənbələr qeyd ediblər ki, bu tendensiya davam edərsə, qanunsuz immiqrantlarla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə proqramının birinci ili büdcəyə iki milyarddan çox başa gələcək.

Son xəbərlər

Orphus sistemi