ABŞ-də hotelin qarşısında avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub
ABŞ-də hotelin qarşısında avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olubABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı otelində “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şəxs ABŞ ordusunun məzuniyyətdə olan xüsusi təyinatlı çavuşu olub.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şəxs ölkə ordusunun məzuniyyətdə olan xüsusi təyinatlı çavuşu olub.
"Report"un məlumatına görə, bu barədə "Fox News"a ABŞ ordusunun nümayəndəsi bildirib.
"Serjant Metyu Livelsberger Almaniyada 10-cu Xüsusi Əməliyyat Qrupunda xidmət edirdi və aktiv xidmətdə idi. Partlayış zamanı o, məzuniyyətdə olub", - "Fox News"un müxbiri Bill Melaqin “X” sosial şəbəkəsində yazıb.
NEW: A US Army spokesperson confirms to @FoxNews that the suspect in the Las Vegas truck explosion, Matthew Livelsberger, was an active duty Special Forces Operations sergeant who was on leave from Germany where he was serving w/ the 10th Special Forces Group. h/t @Liz_Friden