İsveçrədə torpaq sürüşməsi və daşqın nəticəsində iki nəfər ölüb, itkin düşən var
Digər ölkələr
- 30 iyun, 2024
- 14:44
İsveçrənin cənubunda, Tiçino kantonunda güclü yağışlar, torpaq sürüşməsi və daşqınlar nəticəsində iki nəfər ölüb, bir nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunur ki, regionda körpünün uçması bəzi vadilərə girişi kəsib, Maqqiya və Vispa çaylarının daşmasından sonra A9 magisrtal yolunun bir hissəsi bağlanıb. Bəzi dağ yolları, o cümlədən ölkənin şimalı ilə cənubunu birləşdirən Sen-Qotard aşırımı müvəqqəti bağlanıb, qatarların hərəkəti də dayandırılıb.
Təbii fəlakətlə bağlı artıq İsveçrə ordusunun bölmələri əraziyə cəlb edilib, lakin güclü yağışın davam etməsi xilasetmə işlərini çətinləşdirir. Prezident Viola Amherd sakinləri ayıq olmağa və rəsmi göstərişlərə əməl etməyə çağırıb.
Son xəbərlər
14:29
Ombudsman Çağrı Mərkəzinə ən çox ƏƏSMN-lə bağlı zəng olunub
Daxili siyasət14:28
Foto
Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul edib
İnfrastruktur14:23
Foto
"Vistar" Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimləri başlayıb
İKT14:22
Ceyhun Bayramov: Azərbaycan və Rusiya iqtisadiyyatda müsbət trend formalaşdırıb
Xarici siyasət14:22
Foto
Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat aparmaq üçün birgə müəssisə yaradır
Biznes14:18
Lavrov: Moskva və Bakı müttəfiqlik potensialının tam açılmasına doğru irəliləyir
Xarici siyasət14:03
İspaniya millisinin futbolçusu Aymerik Laport "Real"a keçə bilər
Futbol14:01
"Moody's" Azərbaycanın iqtisadi və fiskal dayanıqlılığını qiymətləndirib
Maliyyə13:54