İsrailin Qəzzaya endirdiyi yeni zərbələr nəticəsində ölənlərin sayı 14-ə çatıb

İsrailin Qəzzaya endirdiyi yeni zərbələr nəticəsində ölənlərin sayı 14-ə çatıb İsrailin Qəzza zolağına endirdiyi yeni zərbələr nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, onlarla fələstinli yaralanıb.
Digər ölkələr
19 mart 2025 09:21
İsrailin Qəzzaya endirdiyi yeni zərbələr nəticəsində ölənlərin sayı 14-ə çatıb

İsrailin Qəzza zolağına endirdiyi yeni zərbələr nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, onlarla fələstinli yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri Fələstin anklavının cənubunda yerləşən Rəfah və Xan-Yunis şəhərlərinə bir sıra zərbələr endirib. Həmçinin Qəzza şəhərində yaşayış binası atəşə tutulub, bina dağıdılıb, ölən və yaralananlar var.

Qeyd edək ki, martın 18-də İsrail ordusu anklava kütləvi zərbələr endirib. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilərin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun danışıqlarda irəli sürdüyü təklifləri rədd etməsi ilə izah edib. Bundan əlavə, əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu bildirib. HƏMAS isə bildirib ki, döyüş əməliyyatlarının yenidən başlanmasına görə məsuliyyət İsrail və ABŞ-nin üzərinə düşür.

Orphus sistemi