Qəzzaya zərbələr nəticəsində 20 nəfər, o cümlədən jurnalistlər ölüb - YENİLƏNİB
- 25 avqust, 2025
- 17:10
İsrail Silahlı Qüvvələrinin Qəzzanın cənubundakı "Naser" xəstəxanasına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Qeyd olunur ki, həlak olanlar arasında 5 jurnalist var.
12:57
İsrail Silahlı Qüvvələrinin Qəzza zolağının cənubundakı "Naser" xəstəxanasına endirdiyi hava zərbələri nəticəsində 15 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə “Reuters” Fələstin səhiyyə orqanlarının nümayəndəsinə istinadən məlumat verir.
Bildirilib ki, onların arasında üç jurnalist, o cümlədən “Reuters” agentliyinin əməkdaşı var.
"Rəsmilərin sözlərinə görə, zərbələr nəticəsində həlak olan jurnalistlərdən biri olan operator Hüsam əl-Masri "Reuters" agentliyi ilə müqavilə əsasında işləyirdi. Agentliklə müqavilə əsasında işləyən fotoqraf Hatəm Xalid də yaralanıb", - agentlikdən qeyd edilib.