İsrail Prezidenti girovların qaytarılması ilə əlaqədar ABŞ-yə təşəkkür edib
İsrail Prezidenti girovların qaytarılması ilə əlaqədar ABŞ-yə təşəkkür edibİsrail Prezidenti İsxak Hersoq ABŞ Dövlət katibi Antoni Blinkenə ABŞ-ın digər vasitəçilərlə birlikdə girovların qaytarılması üçün göstərdiyi mühüm səylərə görə təşəkkür edib.
İsrail Prezidenti İsxak Hersoq Vaşinqtonun digər vasitəçilərlə birlikdə girovların qaytarılması üçün göstərdiyi mühüm səylərə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkür edib.
"Report" xəbər verir ki, bu barədə İsrail Prezidenti "X"də yazıb.
"Bu səhər mən Blinkenə ABŞ-nin digər vasitəçilərlə birlikdə girovlarımızı evə qaytarmaq üçün göstərdiyi mühüm səylərə görə təşəkkür etdim. Bir daha qeyd etdim ki, girovlarımızı ailələrinə qaytarmaqdan böyük qlobal humanitar iş yoxdur",-o qeyd edib.
İ.Hersoq vurğulayıb ki, İsrail dövləti müxtəlif cəbhələrdə terrorla mühasirəyə alınıb və təhdidlə üzləşib, ancaq eyni zamanda, müttəfiqləri və dostları ilə də əhatələnib, bunların başında isə Amerika Birləşmiş Ştatları gəlir:
"Regional sabitliyi və İsrailin özünü qorumaq hüququnu təmin etmək üçün güclü koalisiyaya rəhbərlik edən Baydenə və Amerika rəhbərliyinə dərin minnətdarıq".
This morning, I thanked @SecBlinken for the important efforts of the U.S., along with the other mediators, to bring our hostages back home. I reiterated that there is no greater global humanitarian cause than returning our hostages to their families. Side by side with ensuring… pic.twitter.com/aA0LVg1Tok