İsrail Prezidenti Fələstinlə münasibətləri yenidən qurmağa çağırıb

İsrail Prezidenti Fələstinlə münasibətləri yenidən qurmağa çağırıb İsrail Prezidenti İsaak Herzoq Fələstin hakimiyyətini əlaqələri yenidən qurmağa çağırıb.
Digər ölkələr
6 Sentyabr , 2021 11:14
İsrail Prezidenti Fələstinlə münasibətləri yenidən qurmağa çağırıb

İsrail Prezidenti İsaak Herzoq Fələstin hakimiyyətini əlaqələri yenidən qurmağa çağırıb.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

O bildirib ki, özünün və İsrailin müdafiə naziri Benni Qantzın Fələstinin dövlət başçısı Mahmud Abbasla bir araya gəlməsi münasibətlər üçün əhəmiyyətli addımdır.

İsrail Prezidentinin sözlərinə görə, Fələstin rəhbərliyi ilə əlaqələr doğru addımdır və ölkəsinin təhlükəsizliyinə faydalı olacaq.

İsaak Herzoq İsrailin müdafiə naziri Benni Qantzın Fələstinlə müzakirələr aparmaq istəməməsi ilə bağlı sualı cavabsız qoyub.

Fələstinin Baş naziri Məhəmməd İştiyye də İsraillə ikitərəfli görüşləri qəbul etmədiklərini bildirib. O, ABŞ Prezidenti Cozef Bayden seçkiqabağı vədlərini xatırladaraq İsrailin Fələstinlə imzaladığı razılaşmalara əməl etməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi