İsrail hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun üzvlərindən biri İzzəddin Qəssabı məhv ediblər.
“Report” xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o, anklavın cənubunda Xan-Yunis şəhəri yaxınlığında kəşfiyyat məlumatları əsasında İsrail HHQ-nin dəqiq zərbəsi nəticəsində məhv edilib.
“Qəssab Qəzza zolağında sağ qalan HƏMAS-ın yüksək rütbəli Siyasi Büro üzvlərindən biri idi. Onunla birlikdə köməkçisi, döyüşçü Ayman Ayeş də məhv edilib”, – bəyanatda deyilir.
İsrail ordusu bildirir ki, Qəssab yəhudi dövlətinə qarşı terror aktlarının təşkilində iştirak edib. O, “əhəmiyyətli hakimiyyətə malik idi” və “HƏMAS-ın Qəzza zolağındakı digər fələstin fraksiyaları ilə strateji və hərbi əlaqələrinin saxlanması” ilə məşğul olub.