İsrail ordusu Qəzza zolağının cənubunda bir qrup silahlı radikalı məhv etdiyini açıqlayıb

İsrail ordusu Qəzza zolağının cənubunda bir qrup silahlı radikalı məhv etdiyini açıqlayıb İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfah bölgəsində keçirdiyi əməliyyat zamanı silahlı radikalların bir dəstəsini məhv edib.
Digər ölkələr
21 İyul , 2024 14:18
İsrail ordusu Qəzza zolağının cənubunda bir qrup silahlı radikalı məhv etdiyini açıqlayıb

İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfah bölgəsində keçirdiyi əməliyyat zamanı silahlı radikalların bir dəstəsini məhv edib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rəfah bölgəsində “əməliyyat tədbirlər” zamanı ordunun aviasiyası qoşunlara doğru hərəkət edən silahlı terrorçuların bir dəstəsini müəyyən edib və sonradan həmin dəstə məhv edilib.

Bundan əlavə, İsrail bölmələri ərazidə“terrorçuların hədəflərini, o cümlədən“atəş üçün hazır vəziyyətə gətirilmiş minaatan qurğularını aşkarlayıb və məhv ediblər.

İsrail hərbçiləri həmçinin anklavın cənub hissəsində, Rafahın qərbindəki Tell-əs-Sultan bölgəsində tunel şaxtalarını və yeraltı infrastrukturu aşkar edib və zərərsizləşdirib. Qeyd edilir ki, bundan əlavə, Qəzza zolağının mərkəzi hissəsində qoşunlar çoxsaylı hərbi strukturlara reydlər keçirib və bu əməliyyatlar zamanı çoxlu sayda müxtəlif silah növləri aşkar edilib.

Son xəbərlər

Orphus sistemi