İsrail Livanda “Hizbullah”ın 150-dən çox hədəfinə hücum edib - YENİLƏNİB

İsrail Livanda “Hizbullah”ın 150-dən çox hədəfinə hücum edib - YENİLƏNİB “Hizbullah”ın hücumlara hazırlaşdığını aşkar edən İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna yeni zərbələr endirib.
Digər ölkələr
23 Sentyabr , 2024 12:44
İsrail Livanda “Hizbullah”ın 150-dən çox hədəfinə hücum edib - YENİLƏNİB

İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus onlarla qırıcı Livanda “Hizbullah”ın 150-dən çox hədəfinə hücum edib.

"Report" İsrail KİV-i istinadən xəbər verir ki, bu barədə bu ölkənin Müdafiə Ordusunun mətbuat xidmətinin məlumatında bildirilib.

“Səhər saatlarından onlarla qırıcı 150-dən çox hədəfə zərbə endirib”, - vurğulanıb.

09:31

“Hizbullah”ın hücumlara hazırlaşdığını aşkar edən İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna yeni zərbələr endirib.

"Report" İsrail KİV-ə istinadən xəbər verir ki, bunu sentyabrın 23-də səhər saatlarında İsrail Müdafiə Ordusu mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib.

O qeyd edib ki, 20 il ərzində “Hizbullah” Livanın cənubunda silah ehtiyatı yığıb. Hərəkat evlərə adi, qanadlı raketlər və pilotsuz uçuş aparatları yerləşdirib.

İsrail ordusunun sözçüsü evlərində silah gizlədilən livanlıları dərhal təxliyə etməyə çağırıb, çünki tezliklə zərbələr endiriləcək.

Son xəbərlər

Orphus sistemi