İsrail Ordusu HƏMAS siyasi bürosunun bir neçə üzvünün öldürüldüyünü təsdiqləyib

İsrail Ordusu HƏMAS siyasi bürosunun bir neçə üzvünün öldürüldüyünü təsdiqləyib Son aylarda İsrail Müdafiə Ordusu HƏMAS-ın siyasi bürosunun bir neçə üzvünü öldürüb.
Digər ölkələr
3 Oktyabr , 2024 14:05
İsrail Ordusu HƏMAS siyasi bürosunun bir neçə üzvünün öldürüldüyünü təsdiqləyib

Son aylarda İsrail Müdafiə Ordusu HƏMAS-ın siyasi bürosunun bir neçə üzvünü öldürüb.

“Report” “newsru.co.il” portalına istinadən xəbər verir ki, bu fakt İsrail Müdafiə Ordusunun məlumatında təsdiqlənib.

“İsrail sentyabrın 23-də Livandakı “Hizbullah” birləşmələrinə qarşı “Şimal oxları” adlı hərbi əməliyyata başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi hədəflərinə kütləvi hücumlar həyata keçirir. Əməliyyatın məqsədlərindən biri terror liderlərinin məhv edilməsidir. Təxminən üç ay əvvəl Qəzza zolağının şimalında HƏMAS hökumətinin başçısı Ruhi Miştahi, həmçinin HƏMAS icraiyyə komitəsində təhlükəsizliyə cavabdeh olan Sami əs-Sərac və HƏMAS-ın ümumi təhlükəsizlik aparatına rəhbərlik edən Sami Odeh öldürülüb”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi