İsrail Netanyahu və Qalantın həbsi üçün BCM-nin orderlərinə etiraz edəcək

İsrail Netanyahu və Qalantın həbsi üçün BCM-nin orderlərinə etiraz edəcək İsrail Baş nazir Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsi üçün Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi orderlərə etiraz etməyə çalışacaq.
Digər ölkələr
28 Noyabr , 2024 02:50
İsrail Netanyahu və Qalantın həbsi üçün BCM-nin orderlərinə etiraz edəcək

İsrail Baş nazir Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsi üçün Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi orderlərə etiraz etməyə çalışacaq.

“Report” xəbər verir ki, bu barədə hökumət başçısının ofisindən bildirilib.

“Bu gün İsrail BCM-yə qərarı etiraz etmək niyyəti barədə ərizə təqdim edib. Bununla əlaqədar İsrail həbs orderlərinin icrasının müvəqqəti ertələnməsini xahiş edir“, – bəyanatda deyilir.

Qeyd olunur ki, İsrail BCM-nin Netanyahu və Qalantın həbsi üçün verdiyi orderləri qeyri-legitim hesab edir.

Ofisdən bildirilib ki, noyabrın 27-də Netanyahu BCM-nin qərarına qarşı Konqresdə tədbirlər görəcəyinə söz verən respublikaçı senator Lindsi Qremlə görüşüb.

Xatırladaq ki, ötən həftə BCM “insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərə görə” Netanyahu və Qalantın həbsi üçün order verib. BCM-nin İlkin İstintaq Palatası bu qərarı qəbul etməzdən əvvəl İsrailin bu məhkəmənin üzvü olmadığı üçün məsələyə baxmaq səlahiyyətinin olmadığını hesab edən İsrail tərəfinin etirazlarını rədd edib.

Son xəbərlər

Orphus sistemi