İordan çayının qərb sahilində El-Hader şəhəri ərazisində avtobusa silahlı hücum edən terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
“Report” İsrail Müdafiə Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, İsrail Müdafiə Qüvvələri, polis və ŞABAK-ın birgə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Əməliyyatın gedişatı və saxlanılan şəxsin kimliyi barədə təfərrüatlar hələ açıqlanmır.
İordan çayının qərb sahilində naməlum şəxsin avtobusa atəş açması nəticəsində bir uşaq həlak olub.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsrail təcili yardım xidməti məlumat yayıb.
Qeyd olunub ki, hücum nəticəsində ən azı dörd nəfər yaralanıb.
İsrail qüvvələrinin atəş açan şəxsi təqib etdiyi, blokpostlar qurduğu və Beytləhm şəhəri yaxınlığındakı ərazini mühasirəyə aldığı bildirilib.