İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 15 noyabr, 2025
  • 18:26
İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

İndoneziyada 13 noyabrda baş verən torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Fransanın "20 minutes" qəzeti yerli axtarış-xilasetmə xidmətinin rəhbəri Məhəmməd Abdullaya istinadən məlumat yayıb.

"Şənbə günü günorta saatlarına olan məlumata görə, ölənlərin sayı 11-ə yüksəlib, daha 12 nəfər itkin düşmüş sayılır, xilasedicilər onları axtarır", – deyə xidmət rəhbəri bildirib.

Qeyd olunub ki, sürüşmə güclü yağışlar səbəbindən baş verib. O, Mərkəzi Yavada üç kəndi əhatə edərək bir neçə evi zədələyib.

İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə nəticəsində altı nəfər ölüb, daha 17-i itkin düşüb.

"Report"un "Antara" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Dağıntılar ən çox Çilakap əyalətində qeydə alınıb.

Daha əvvəl güclü yağışların səbəb olduğu sürüşmə nəticəsində ən azı üç nəfərin həlak olduğu bildirilmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti