Hindistana məxsus təyyarənin sərnişinləri mina təhlükəsi ilə bağlı təxliyə edilib

Hindistana məxsus təyyarənin sərnişinləri mina təhlükəsi ilə bağlı təxliyə edilib Mumbay-Trivandrum reysi ilə uçan “Air India” şirkətinə təyyarəsi mina təhlükəsi ilə bağlı təcili eniş edib.
Digər ölkələr
22 Avqust , 2024 09:39
Hindistana məxsus təyyarənin sərnişinləri mina təhlükəsi ilə bağlı təxliyə edilib

Mumbay-Trivandrum reysi ilə uçan “Air India” şirkətinə məxsus təyyarə mina təhlükəsi ilə bağlı təcili eniş edib.

“Report” NDTV telekanalına istinadən xəbər verir ki, təyyarədə olan 135 sərnişin təxliyə edilib.

Məlumata görə, ekipaj komandiri mina təhlükəsinə dair məlumat alıb və təyinat yerinə xəbər verib.

Qeyd edilib ki, Trivandrum Beynəlxalq Hava Limanında fövqəladə vəziyyət elan edilib və enişdən sonra təyyarə təcrid olunmuş hissəyə göndərilib.

Hadisə barədə hələlik açıqlama verilməyib.

Son xəbərlər

Orphus sistemi