Hindistan və Britaniya birgə hərbi təlimlərə başlayıb
Digər ölkələr
- 17 noyabr, 2025
- 22:01
Hindistan və Böyük Britaniya "Ajeya Warrior-2025" adlı birgə antiterror təlimlərinə başlayıblar.
"Report" xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, 14 günlük təlimlər Hindistanın Racastxan ştatındakı Mahacan poliqonunda keçirilir.
Təlimlərdə hər iki ölkədən 240 hərbi qulluqçu iştirak edir.
Manevrlər taktiki hazırlığın artırılması və mürəkkəb şəraitdə antiterror əməliyyatlarının keçirilməsi zamanı koordinasiyalı fəaliyyətlərin işlənməsi məqsədilə keçirilir.
2011-ci ildən başlayaraq hər iki ildən bir keçirilən "Ajeya Warrior" manevrləri Hindistan və Böyük Britaniya ordularının strateji müdafiə əməkdaşlığı çərçivəsində genişmiqyaslı qarşılıqlı fəaliyyətinin mühüm elementi hesab olunur.
Son xəbərlər
17:59
Diplomatik korpus Şuşada Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstləri ilə tanış olub
Qarabağ17:55
Foto
Azərbaycanda fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Sağlamlıq17:53
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
Ekologiya17:51
"MJ Finance" BOKT 6 milyon manatlıq istiqraz buraxır
Maliyyə17:50
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 2 %-ə yaxın artıb
Biznes17:49
Norveç şahzadəsi Astrid qardaşının dəfnindən iki gün sonra vəfat edib
Digər ölkələr17:48
Reto Qaudenzi: "Azərbaycan polo idman növünün beşiyidir"
Komanda17:45
Azərbaycan BOKT-u rebrendinq edib
Maliyyə17:41
Foto