Güclü qar Tokioda həyatı iflic edib
Digər ölkələr
- 06 fevral, 2024
- 02:11
Güclü qar yağması nəticəsində Tokio yaxınlığında avtomobil və dəmir yolu nəqliyyatı qismən bağlanıb.
“Report” xəbər verir ki, bu barədə Yaponiya Yol İnformasiya Mərkəzi məlumat yayıb.
Fırtınanın fəsadları aradan qaldırılana qədər paytaxtda bir çox avtomobil yolunun girişləri bağlanıb. Sürücülərdən qış təkərləri və təkərlərində zəncir taxmayan nəqliyyat vasitələrini idarə etməkdən çəkinmələri xahiş olunur.
Tokio bölgəsində hələ də bəzi qatar xətləri işləmir. Gün ərzində nəqliyyatın hərəkətinin tam bərpası planlaşdırılır. Paytaxtın hava limanlarında ümumilikdə 27 reys təxirə salınıb.
“Tokyo Electric Power”dan verilən məlumata görə, Tokio prefekturasında və qonşu Kanaqava və Saytamada 1 800-ə yaxın ev işıqsız qalıb.
Son xəbərlər
20:08
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Xarici siyasət19:59
Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
Xarici siyasət19:50
Foto
Video
Astanada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü qeyd olunub
Xarici siyasət19:43
Nuri Quliyev Rusiyadan Azərbaycana ixrac olunan əsas məhsulları açıqlayıb
Xarici siyasət19:28
Adam Xakimov: Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşlarından biri olaraq qalır
Xarici siyasət19:22
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Digər ölkələr19:19
Mustafa Koç: Bakıdakı kurslarda məşqçiliklə bağlı yaxşı biliklərə yiyələndim
Komanda19:12
Bankların adından saxta kredit səhifələri yaratmaqda şübhəli bilinən şəxslər saxlanılıb
Hadisə19:10