G7 Rusiyanın dondurulmuş aktivlərindən istifadə planını oktyabrın 1-də müzakirə edəcək

Digər ölkələr
  • 25 sentyabr, 2025
  • 16:19
G7 Rusiyanın dondurulmuş aktivlərindən istifadə planını oktyabrın 1-də müzakirə edəcək

"Böyük yeddilik" (G-7) ölkələri oktyabrın 1-də G7-yə sədrlik edən Kanadanın təşəbbüsü ilə onlayn görüş keçirəcək.

Bu barədə "Report" "Corriere della Sera"ya istinadən xəbər verir.

Görüşdə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya dəstəyin maliyyələşdirilməsində istifadə edilməsi müzakirə mövzusu olacaq.

Bundan əvvəl Avropa Komissiyasının iqtisadiyyat və maliyyə məsələlərinə görə məsul olan üzvü Valdis Dombrovskis Danimarkada Avropa İttifaqı ölkələrinin maliyyə nazirlərinin görüşündən sonra bəyan edib ki, bu ölkələrin nümayəndələri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın ehtiyacları üçün istifadə edilməsi ideyası üzərində konstruktiv şəkildə işləyirlər.

Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard isə ötən həftə bildirib ki, əvvəlcə aktivlərlə bağlı təklifin yazılı variantını görmək, sonra isə onu dəstəkləyib-dəstəkləməyəcəyinə qərar vermək istəyir.

Avropa Mərkəzi Bankı Avropanın Rusiyanın aktivlərindən istifadəsinin avroya və Aİ-nin maliyyə sabitliyinə mənfi təsir göstərə biləcəyindən ehtiyatlanır.

Son xəbərlər

Bütün Xəbər Lenti