Fridrix Merts: Aİ ABŞ və Çinlə iqtisadi fərqi aradan qaldırmalıdır

Digər ölkələr
  • 29 yanvar, 2026
  • 14:21
Fridrix Merts: Aİ ABŞ və Çinlə iqtisadi fərqi aradan qaldırmalıdır

Almaniya kansleri Fridrix Merts ölkəsi və Avropanın təhlükəsizliyinin təmin edilməsində NATO-nun əsas rolunu vurğulayıb.

"Report" "Die Zeit"a istinadən xəbər verir ki, Merts Alyansın hələ də Atlantikanın hər iki tərəfində azadlığın, sülhün və təhlükəsizliyin ən yaxşı təminatçısı olaraq qaldığını bildirib.

Almaniya kansleri qeyd edib ki, rəsmi Berlin ABŞ ilə "tabe olan" statusunda yox, tərəfdaş və müttəfiq kimi əməkdaşlığı inkişaf etdirməyə davam etmək niyyətindədir.

"Biz məhz buna görə də həmişə ABŞ ilə əməkdaşlığa daim açıq olacağıq. Biz demokratlar olaraq tabe olan yox, tərəfdaş və müttəfiqik", - F.Merts vurğulayıb.

Bundan əlavə, kansler Avropa İttifaqı (Aİ), ABŞ və Çin arasında iqtisadi fərqi azaltmağın zəruri olduğunu söyləyib:

"Aİ-nin ABŞ və Çin arasında iqtisadi artım fərqi on ildən çoxdur xeyrimizə olmayan şəkildə artır".

F.Merts həmçinin deyib ki, Almaniya və Avropanın dünya siyasətini formalaşdırmada iştirak edə bilməsi üçün güclü iqtisadi baza tələb olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti