Fransanın qərbini su basıb, Parisdə də daşqın təhlükəsi var
Digər ölkələr
- 19 fevral, 2026
- 22:31
Fransanın qərbindəki beş departamentdə daşqınlara görə ən yüksək - qırmızı təhlükə səviyyəsi elan edilib.
"Report" BFMTV-yə istinadən xəbər verir ki, bu departamentlər Atlantik Luara, Jironda, Lo və Qaronna, Men və Luara ilə Sahilyanı Şarantadır.
Daha 18 departamentdə narıncı səviyyə qüvvədədir.
Jironda departamentində bir neçə min ev təsərrüfatı elektriksiz, təxminən 20 min nəfər mobil rabitəsiz qalıb.
Çayların daşması nəticəsində yaranan daşqınlar Fransanın qərbində nəqliyyat sisteminin işində fasilələrə səbəb olub. Daşqına görə 70-dən çox yol bağlanıb. Dəmir yolunda, xüsusilə Bordo rayonunda nasazlıqlar var.
Parisdə Sena çayında suyun səviyyəsinin qalxması gözlənilir. Bildirilib ki, Sena çayı şənbə günü daşa bilər.
Son xəbərlər
10:46
Emin Əmrullayev beynəlxalq əməkdaşlıqda təhsilin rolundan danışıb
Elm və təhsil10:43
XİN başçısı: Azərbaycan inkişaf etməkdə olan ölkələrə dəstəyi COP29-un prioritetinə çevirib
Xarici siyasət10:41
Xəzər dənizində zəlzələ olub
Hadisə10:39
Somali binaların enerji səmərəliliyinin artırılması üçün dörd prioritet müəyyənləşdirib
Digər ölkələr10:36
Foto
Naxçıvanda "İşsizin dostu" proqramı üzrə daha bir qrup şəxs işlə təmin olunub
Sosial müdafiə10:36
ASCO-nun "Kəlbəcər" tankeri 5 ildə 446 min tondan çox yük daşıyıb
İnfrastruktur10:35
Ceyhun Bayramov: Bakı mədəni irsin qorunmasında SIDS-ə kömək edəcək
Xarici siyasət10:32
UNEP COP31-də Türkiyənin binaların dekarbonizasiyası üzrə prioritetini dəstəkləyəcək
Ekologiya10:29