Fransanın Nitsa şəhərində baş vermiş hadisə qurbanlarının sayı 84 nəfərə çatıb - VİDEO - FOTO - YENİLƏNİB-5

Fransanın Nitsa şəhərində baş vermiş hadisə qurbanlarının sayı 84 nəfərə çatıb - VİDEO - FOTO - YENİLƏNİB-5 Yük avtomobilinin sürücüsü maşını izdihamın üstünə sürüb
Digər ölkələr
15 İyul , 2016 09:46
Fransanın Nitsa şəhərində baş vermiş hadisə qurbanlarının sayı 84 nəfərə çatıb - VİDEO - FOTO - YENİLƏNİB-5

Bakı. 15 iyul. REPORT.AZ/ Fransanın Nitsa şəhərində baş vermiş hadisə zamanı ölənlərin sayı 84 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə Fransa XİN-dən məlumat verilib.

***04:15

Bakı. 15 iyul. REPORT.AZ/ Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 80 nəfərə çatıb. "Report" xəbər verir ki, onlarla insanın ölümünə səbəb olmuş bu hadisənin əvvəlcədən planlaşdırıldığı məlum olub. 

Nitsa şəhərinin keçmiş meri, bölgə rəhbəri Kristian Estrozi bildirib ki, yük avtomobilindən silah-sursat aşkarlanıb.

Şəhərin prokuroru Jan-Mişel Pretr isə "BFM TV" telekanalına müsahibəsinbə bildirib ki, hadisə hələlik terror aktı kimi qiymətləndirilmir. Lakin bununla belə prokuror bir çox detalların hadisənin terror aktı olması versiyası üzərində dayanmağa əsas verdiyini deyib.    


***02:50


Fransanın Nitsa şəhərində baş vermiş terror aktında 73 nəfər ölüb, 120-dən çox insan xəsarət alıb. "Report"un məlumatına görə, bu barədə yerli media xəbər yayıb. 

Məlumata görə, polis yük maşınının sürücüsünü güllələyib. 

"Hazırda şəhərdə xüsusi əməliyyat keçirilir" - deyə Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Anri Brande jurnalistlərə bildirib. O, əlavə edib ki, şəhərdə heç kim girov götürülməyib. 

DİN nümayəndəsi əlavə edib ki, baş nazir Manuel Vals hadisə ilə əlaqədar təcili olaraq Nitsaya gəlir.  


***02:01

Ən son məlumata görə, Fransanın Nitsa şəhərində baş vermiş terror aktında 50 nəfər ölüb, 100-ə yaxın insan xəsarət alıb. "Report"un məlumatına görə, bu barədə "BFM TV" telekanalı məlumat yayıb. 

Telekanalın məlumatına görə, içində naməlum şəxslərin olduğu yük avtomobili bayram şənliyində iştirak edən izdihamın olduğu əraziyə daxil olaraq onlarla insanın üstündən keçib. Nəticədə ən azı 50 nəfər ölüb, 100-ə yaxın insan xəsarət alıb. 

Bundan sonra yük maşınının içindəki şəxslər ətrafdakı insanlara atəş açıb. Hadisə yerinə çoxlu sayda polis və həkim briqadları cəlb edilib. 

Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Rəsmi qurumlar sakinlərə evlərindən çölə çıxmamağı məsləhət görüblər.



***01:58

Fransanın Nitsa şəhərində baş vermiş terror aktında 30 nəfər ölüb, 100-ə yaxın yaralanan var. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının nümayəndəsi məlumat yayıb. Terror aktının hansı qruplaşma tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.   


***01:42

Fransanın Nitsa şəhərində terror aktı baş verib. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər ölüb, xeyli sayda yaralanan var.

"BFM TV" telekanalının məlumatına görə, naməlum şəxslər avtomobillə küçədə bayram şənliyinə çıxmış insanların sıx olduğu əraziyə daxil olublar. Bundan sonra isə onlara atəş açıblar. Nəticədə 30-a yaxın adam ölüb, onlarla insan xəsarət alıb.

Telekanalın məlumatında bildirilir ki, hadisə yerinə cəlb olunmuş polislə terrorçular arasında atışma baş verib. Şəhər meriyası isə sakinlərə evlərindən çölə çıxmamağa çağırıb.

"France-Presse" agentliyi də hadisə zamanı bir neçə nəfərin öldüyünü bildirib. 

Son xəbərlər

Orphus sistemi