Filippində ölənlərin sayı 90 nəfəri ötüb - YENİLƏNİB

Digər ölkələr
  • 05 noyabr, 2025
  • 11:06
Filippində ölənlərin sayı 90 nəfəri ötüb - YENİLƏNİB

Filippində "Kalmaegi" qasırğası nəticəsində həlak olanların sayı 93 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Qeyd edilib ki, insanlar evlərini tərk etməyə məcbur olub.

Filippində "Kalmaegi" tayfunu nəticəsində ölənlərin sayı 66-ya çatıb.

"Report" xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı respublikanın Mülki Müdafiə İdarəsinə istinadən məlumat yayıb.

Daha əvvəl 40 nəfərin öldüyü barədə məlumat verilmişdi.

Təbii fəlakətdən sonra 26 nəfər itkin düşüb, yüzminlərlə sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Təbii fəlakət qurbanlarının əksəriyyəti Sebu adasında yaşayırdı, burada aylıq normadan çox yağıntı düşüb ki, bu da daşqınlara səbəb olub. 53 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi elan edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti