Filippində tayfun nəticəsində ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 04 noyabr, 2025
  • 22:52
Filippində tayfun nəticəsində ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

Filippində "Kalmaegi" tayfunu nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyətə istinadən məlumat yayıb.

Qeyd olunur ki, qasırğa sahilə çatdıqdan sonra gücünü azaltsa da, ölkəyə 130 km/saat sürətlə və 180 km/saatadək güclü küləklərlə təsir göstərməyə davam edib.

Noyabrın 3-də Filippində 150 mindən çox insan "Kalmaegi" tayfunu səbəbindən təxliyə edilib. Hakimiyyət orqanları leysan yağışlar, güclü küləklər və 3 metrə qədər yüksələn dalğalar barədə xəbərdarlıq edib. Həmçinin qeyd olunub ki, mərkəzi Neqros adasındakı kənd sakinləri də xəbərdar edilib ki, güclü yağışlar son aylarda kül və buxar püskürən Kanlaon vulkanında vulkanik sel axınlarına səbəb ola bilər.

Filippinin mərkəzi hissəsində "Kalmaegi" tayfununun nəticəsində azı 26 nəfər ölüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsi (OCD) məlumat yayıb.

Bundan əlavə, insanlar evlərini tərk etməyə məcbur olublar.

Son xəbərlər

Bütün Xəbər Lenti