Ərdoğan: “İsveç terrorla bağlı verdiyi vədlərə əməl etməlidir, Stokholm küçələrində hələ də terrorçular gəzir”

Ərdoğan: “İsveç terrorla bağlı verdiyi vədlərə əməl etməlidir, Stokholm küçələrində hələ də terrorçular gəzir” “İsveç terrorla bağlı verdiyi vədlərə əməl etməlidir. Stokholm küçələrində hələ də terrorçuların gəzdiyini görürük”.
Digər ölkələr
19 Sentyabr , 2023 09:53
Ərdoğan: “İsveç terrorla bağlı verdiyi vədlərə əməl etməlidir, Stokholm küçələrində hələ də terrorçular gəzir”

“İsveç terrorla bağlı verdiyi vədlərə əməl etməlidir. Stokholm küçələrində hələ də terrorçuların gəzdiyini görürük”.

“Report” xəbər verir ki, bunu Nyu-Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ telekanalına açıqlamasında deyib.

Ərdoğan İsveçin NATO-ya üzvlük təklifinin Türkiyə Böyük Millət Məclisində (TBMM) qiymətləndiriləcəyini və qərarın məhz burada veriləcəyini bildirərək əlavə edib ki, bu, TBMM-in gündəminin bir hissəsidir: “Parlament vəziyyəti öz təqvimi çərçivəsində qiymətləndirəcək. Bu təklif deputatların səsverməsinə təqdim olunacaq. Bunun baş verməsi üçün İsveç verdiyi vədlərə əməl etməlidir. Terror təşkilatları Stokholm küçələrində nümayişlərini və fəaliyyətlərini dərhal dayandırmalıdırlar. Bunun reallaşdığını görmək türk xalqı üçün çox əhəmiyyətli olacaq. Görünür, İsveç qanunvericiliyə dəyişikliklər edib, lakin bu, kifayət deyil”.

ABŞ-nin Türkiyəyə F-16 satması ilə İsveçin NATO-ya üzvlüyü mövzularının bir-biri ilə əlaqəli olduğunu düşünüb-düşünməməsi ilə bağlı suala isə Türkiyə Prezidenti belə cavab verib ki, bunlar tam əlaqəsiz məsələlərdir: “Mənə görə, heç bir əlaqə olmamalıdır. Prezident Cozef Bayden bu məsələ ilə bağlı qərarı Konqresin verəcəyini bildirib. Biz də həmişə deyirik ki, bizim də Türkiyə Böyük Millət Məclisimiz var. Yəni bu məsələlərə parlament qərar verir. Əgər parlament bu məsələ ilə bağlı müsbət qərar verməzsə, deməli, edəcək heç nə yoxdur”.

Son xəbərlər

Orphus sistemi