Əlcəzairdə keçmiş baş nazir və səhiyyə naziri həbs edilib

Əlcəzairdə keçmiş baş nazir və səhiyyə naziri həbs edilib Əlcəzair məhkəməsi keçmiş baş nazir Nurəddin Bedua və keçmiş səhiyyə naziri Abdelmalek Budiafı korrupsiyada ittiham edərək, onlara 5 il həbs cəzası verib.
Digər ölkələr
22 İyun , 2023 04:08
Əlcəzairdə keçmiş baş nazir və səhiyyə naziri həbs edilib

Əlcəzair məhkəməsi keçmiş baş nazir Nurəddin Bedua və keçmiş səhiyyə naziri Abdelmalek Budiafı korrupsiyada ittiham edərək, onlara 5 il həbs cəzası verib.

"Report" xəbər verir ki, bu barədə “An-Nahar” informasiya portalı məlumat yayıb.

Keçmiş nazirlərin hər ikisi Konstantiny hava limanının tikintisi zamanı yol verilmiş qanun pozuntularına görə ittiham olunublar.

Məhkəmə sübut edib ki, iş smetasının həddən artıq qiymətləndirilməsi, nəticədə xəzinənin külli miqdarda vəsait itirməsi, obyektin tikintisinin əvvəlcədən nəzərdə tutulan 4 il əvəzinə 10 ildən sonra başa çatdırılmasıdır.

Bundan əlavə, Bedua və Budiaf vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinir.

Qeyd edək ki, 2019-cu ilin yazından Əlcəzairdə genişmiqyaslı antikorrupsiya kampaniyası aparılır və bu kampaniya çərçivəsində keçmiş hökumət başçıları, nazirlər və iri biznesmenlər də daxil olmaqla onlarla məmur saxlanılıb və ya həbs edilib.

Son xəbərlər

Orphus sistemi