Ekvadorun Quayakilya həbsxanasında məhbuslar arasında toqquşmalar zamanı 2 nəfər öldürülüb, 10-dan çox insan yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə həbsxananın direktoru Franklin Uertas bildirib.
"Hazırda iki nəfərin həlak olması məlumdur, yeddi nəfər birinci toqquşmada yaralanıb, dörd nəfər isə bu gün ikinci hadisədə xəsarət alıb", - Uertas jurnalistlərə bildirib.
Yerli KİV-in məlumatına görə, şənbə günü həbsxanada cəzaçəkmə müəssisəsinin daxilində nəzarəti ələ keçirməyə çalışan dəstələr arasında dörd zorakılıq hadisəsi olub. Kişi həbsxanasının məhbusları bazar günü qadın həbsxanasının divarını dağıtmağa na olub. Məhbuslardan 28-i qaçmağa çalışıblar, ancaq onların hamısı tutulub.
İlin əvvəlindən Ekvador həbsxanalarında qiyamlarda azı 85 nəfər həlak olub. Cinayətkar qruplaşmaların arasında münaqişələrdən başqa ölkənin demək olar, bütün həbsxanalarının normadan artıq məhkumla doldurulduğu məlumdur, bu, qarışıqlıqların digər səbəbi ola bilər.
Məhbuslar arasında çoxsaylı insan ölümləri fonunda ölkənin daxili işlər naziri Patrisio Pasminyo martda istefa verib.