Ekspert: "Koronavirusun süni mənşəyinə dair sübut yoxdur"

Ekspert: "Koronavirusun süni mənşəyinə dair sübut yoxdur" Koronavirusun Çindəki laboratoriyadan yayılmağa başlamasına dair dürüst dəlillər olmasa da, bu ehtimalı tamamilə istisna etmək də doğru deyil
Digər ölkələr
3 İyun , 2021 12:54
Ekspert: Koronavirusun süni mənşəyinə dair sübut yoxdur

"Koronavirusun Çindəki laboratoriyadan yayılmağa başlamasına dair dürüst dəlillər olmasa da, bu ehtimalı tamamilə istisna etmək də doğru deyil".

“Report” xəbər verir ki, bunu “Fox News”a açıqlamasında ABŞ Milli Səhiyyə İnstitutları (NIH) direktoru Fransis Kollins (Francis Collins) bildirib.

COVID-19 virusunun bioloji silah üzərində çalışmalar aparıldığı laboratoriyada yaradıldığına dair daha əvvəllər səsləndirilmiş ehtimallara münasibət bildirən ekspert deyib: “Bu ehtimal həmin virus genomu barədə bildiyimizlərə uyğun gəlmir”.

Virusun Çindəki laboratoriyadan xəta üzündən yayılmağa başlaması ehtimalına dair sübutlar əldə edilməsə də, bunu “heç vaxt istisna etmədiyi”ni dilə gətirən ekspert bu məsələyə dair əhatəli araşdırma aparmağın zəruri olduğunu bildirib.

Bundan əvvəl WSJ xəbər vermişdi ki, kəşfiyyətin məlumatına görə hələ 2019-cu ilin noyabr ayında, yəni koronavirusa dair xəbərlər verilənədək Vuhan şəhərindəki Virusologiya Institutunun üç əməkdaşı ağır xəstəliyə tutulmuşdular.

Son xəbərlər

Orphus sistemi