Əfqanıstanda yanacaqdaşıyan maşınların toqquşması 5 nəfərin ölümünə səbəb olub
Digər ölkələr
- 06 aprel, 2026
- 17:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Əfqanıstanın şimalındakı Bəğlan əyalətində iki yanacaqdaşıyan maşın toqquşması nəticəsində baş verən yanğında 5 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
"Ötən gün gecə saatlarında Duşi dairəsinin Zərd-Səng bölgəsində yanacaq daşıyan iki maşın toqquşaraq alovlanıb. Yüksək sürətlə hərəkət edən daha bir avtomobil alovlar içində qalıb, maşının salonunda olan 5 nəfər ölüb", - məlumatda bildirilib.
Yol-nəqliyyat hadisəsi nəticəsində daha bir neçə nəqliyyat vasitəsi yanıb. Rəsmilər qəzanı sürücülərin səhlənkarlığı ilə izah ediblər.
Son xəbərlər
15:41
İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Daxili siyasət
15:41
VII Mədəniyyətlərarası Dialoq Forumunda "Ortaq gələcəyə doğru yol xəritəsi" mövzusu müzakirə ediləcək
Daxili siyasət
15:40
Azərbaycanda 2026-cı ilin ən yaxşı minifutbolçusu müəyyənləşib
Futbol
15:40
İSESKO Ağdam "İmarət" Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb
Mədəniyyət siyasəti
15:39
Foto
"AIREX 2026"ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
İnfrastruktur
15:36
Bakıda bu il keçiriləcək bal yarmarkasının tarixi açıqlanıb
ASK
15:35
Azərbaycan və Niderland birbaşa uçuşların perspektivini müzakirə ediblər
İnfrastruktur
15:34
Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atılıb
Futbol
15:32
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə cərimələr yenilənir
Milli Məclis