Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir

Digər ölkələr
  • 28 oktyabr, 2026
  • 00:27
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir

İsrailin Baş naziri Benyamin Netanyahunun "Likud" partiyası parlament seçkilərində mandat sayına görə liderlik edir. Lakin exit-poll nəticələrinə əsasən, hazırkı hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir.

"Report" xəbər verir ki, bu barədə İsrailin "Kan-11" dövlət telekanalı məlumat yayıb.

İsrailin aparıcı telekanallarının keçirdiyi exit-poll sorğularına görə, müxalifət bloku 52, Netanyahunun bloku 50, ərəb partiyaları isə 18 mandat qazana bilər.

Hökumətin formalaşdırılması üçün 120 deputatdan azı 61-nin dəstəyini əldə etmək lazımdır.

Səslərin sayılmasının demək olar ki, yekun nəticələrinin oktyabrın 30-dək məlum olacağı, seçkilərin rəsmi nəticələrinin isə noyabrın 4-də açıqlanacağı gözlənilir.