Əfqanıstanda partlayış zamanı ölənlərin sayı 55-ə, yaralıların 150-yə çatıb - YENİLƏNİB-2

Əfqanıstanda partlayış zamanı ölənlərin sayı 55-ə, yaralıların 150-yə çatıb - YENİLƏNİB-2 Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
8 May , 2021 23:50
Əfqanıstanda partlayış zamanı ölənlərin sayı 55-ə, yaralıların 150-yə çatıb - YENİLƏNİB-2

Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində azı 55 nəfər ölüb, daha 150 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Əfqanıstanın Səhiyyə Nazirliyi hələlik 30 nəfərin öldüyünü rəsmən təsdiqləyib. Öldürülənlərin və xəsarət alanların əksəriyyəri şagirdlərdir.

Əfqanıstan prezidenti Əşrəf Qani hadisəni terror aktı adlandırıb və partlayışlara görə “Taliban” hərəkatını ittiham edib. Lakin 1TV telekanalı “talibançı”ların da hadisəni pislədiyini xəbər verib.

Partlayışlara görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

20:03

Kabil Səid ul Şuhədə qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində azı 40 nəfər ölüb, onlarla yaralı var.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Qulam Dəstəgir Nəzəri 46 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.

Rəsmi mənbələrə görə, ölən və xəsarət alanların böyük əksəriyyəti məktəbin qız şagirdləridir. Bu hücumların məsuliyyətini hələlik heç kim üzərinə götürməyib. “Taliban” sözçüsü Zəbihullah Mücahid də onlara ünvanlanan ittihamları rədd edərək bu hadisəni pislədiklərini açıqlayıb.

Qeyd edək ki, məktəbin yerləşdiyi paytaxtın şiələrin yığcam məskunlaşdığı qərb hissəsi son illər İŞİD tərəfindən mütəmadi hücumlar hədəfinə çevrilir.

18:18

Əfqanıstanın paytaxtı Kabildə məktəbin yaxınlığında baş verən silsilə partlayışlar nəticəsində azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış Dəşte-Barçi rayonunda qızlar məktəbinin yaxınlığında törədilib.

Üç raketin partladığı da ehtimal edilir. Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi