Dövlət Departamenti Niderlanda “hava-hava” tipli raketlərin satışını təsdiqləyib

Dövlət Departamenti Niderlanda “hava-hava” tipli raketlərin satışını təsdiqləyib ABŞ Dövlət Departamenti Niderlanda infraqırmızı təyinatlı “AIM-9X Sidewinder” “hava-hava” tipli raketlərin mümkün satışını təsdiqləyib.
Digər ölkələr
7 Sentyabr , 2024 01:52
Dövlət Departamenti Niderlanda “hava-hava” tipli raketlərin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Niderlanda infraqırmızı təyinatlı “AIM-9X Sidewinder” “hava-hava” tipli raketlərin mümkün satışını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Amsterdamın səlahiyyətli orqanları 246 belə raketin, həmçinin təlim raketlərinin, taktiki rəhbər bölmələrinin, ehtiyat hissələrinin və digər texniki avadanlıqların alınmasını xahiş edib.

Mümkün satışın ümumi təxmini dəyəri 691 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki. “AIM-9 Sidewinder” bir çox müasir təyyarənin istifadə etdiyi istiliklə idarə olunan Amerikanın “hava-hava” tipli döyüş raketi sistemidir. Effektiv bir partlayıcı başlığa və infraqırmızı idarəetmə sisteminə malikdir. Birinin qiyməti 90 min dollardır.

Son xəbərlər

Orphus sistemi