CNN: Vaşinqton Priqojinin bəyanatlarından sonra Rusiyadakı vəziyyəti diqqətlə izləyir

CNN: Vaşinqton Priqojinin bəyanatlarından sonra Rusiyadakı vəziyyəti diqqətlə izləyir ABŞ hakimiyyəti “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin bəyanatlarından sonra Rusiyadakı vəziyyəti diqqətlə izləyir.
Digər ölkələr
24 İyun , 2023 02:45
CNN: Vaşinqton Priqojinin bəyanatlarından sonra Rusiyadakı vəziyyəti diqqətlə izləyir

ABŞ hakimiyyəti “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin bəyanatlarından sonra Rusiyadakı vəziyyəti diqqətlə izləyir.

“Report” xəbər verir ki, bu barədə adları çəkilməyən administrasiya rəsmilərinə istinadən CNN məlumat yayıb.

“Priqojinin son açıqlamaları adi ritorikadan daha çoxdur. Bu real bir şeydir” - Administrasiya rəsmilərindən biri deyib.

“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

Son xəbərlər

Orphus sistemi