Çində ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı artıb - YENİLƏNİB

Çində ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı artıb - YENİLƏNİB Çin Xalq Respublikasının Sıçuan əyalətinin Ziqonq şəhərində ticarət mərkəzində yanğın baş verib.
Digər ölkələr
18 İyul , 2024 05:10
Çində ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı artıb - YENİLƏNİB

Çinin Siçuan əyalətinin Ziqonq şəhərindəki ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 16 nəfər çatıb.

Bu barədə “Report” “Xinhua” agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, yanğın zamanı şəhərin yüksək texnologiyalı zonasında yerləşən 14 mərtəbəli binada 75 nəfər olub, onların əksəriyyəti təxliyə edilib.

İlkin araşdırmanın nəticələrinə görə, yanğına səbəb tikinti işləri zamanı yol verilən pozuntular olub.

2024-07-17 21:20

Çin Xalq Respublikasının Sıçuan əyalətinin Ziqonq şəhərində yerləşən ticarət mərkəzlərinin birində yanğın başlayıb.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, yanğın nəticəsində 6 nəfər ölüb. Binanın 4 mərtəbəsini əhatə edən alovun qarşısını almaq üçün əraziyə xeyli sayda yanğınsöndürən briqadası cəlb edilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Son xəbərlər

Orphus sistemi