Çin ABŞ gəmilərini Honkonq limanına buraxmayıb
Digər ölkələr
- 30 aprel, 2016
- 14:52
Bakı. 30 Aprel. REPORT.AZ/ Çin hökuməti ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS John C. Stennis” təyyarə gəmisi başda olmaqla gəmilər qrupunun Honkonq limanına daxil olmasına razılıq verməyib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Amerika Dövlət Departamentinin nümayəndəsi məlumat verib.
“Biz bu yaxınlarda “USS John C. Stennis” təyyarə gəmisi və onu müşayiət edən gəmilər qrupunun Honkonq limanına daxil olmasına dair sorğumuzun rədd edildiyinə dair məlumat almışıq”, — deyə məlumatda bildirilir.
Qeyd olunur ki, ABŞ Dövlət Departamenti Amerika və Çin dəniz xidmətləri arasında əməkdaşlığın davam etdiriləcəyini planlaşdırır. Çünki əvvəllər ABŞ gəmiləri kifayət qədər uzun müddət Honkonq limanında qalıb.
Son xəbərlər
07:13
"QR Switch" patent pozuntusuna görə "Telegram"ı məhkəməyə verib
İKT06:47
ABŞ-də dövlət qulluqçuları ilə müsahibələrdə süni intellektdən istifadə ediləcək
Digər ölkələr06:20
ABŞ Sakit okeanda Ekvador narkokartelinin gəmisini batırıb
Digər ölkələr05:51
Aİ ABŞ-nin İranın iqtisadi təcridi ilə bağlı əməliyyatına qoşulub
Digər ölkələr05:25
Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
Digər ölkələr04:59
Adam Telle ABŞ-nin ordu nazirinin səlahiyyətlərini icra edəcək
Digər ölkələr04:25
Tramp: Kütləvi miqrant axını səbəbindən İspaniyanı dağılma təhlükəsi gözləyir
Digər ölkələr03:47
Hindistan raketi Yerin məsafədən zondlanması peykini orbitə çıxarıb
Digər ölkələr03:21