Çexiyada bomba təhlükəsi səbəbindən 600-ə yaxın insan təxliyə edilib

Çexiyada bomba təhlükəsi səbəbindən 600-ə yaxın insan təxliyə edilib Çexiyanın qərbində yerləşən Litvinov şəhərində İkinci Dünya Müharibəsindən qalma hava bombasının tapılması ilə əlaqədar 582 nəfərin təxliyəsi həyata keçirilib.
Digər ölkələr
21 Avqust , 2024 22:24
Çexiyada bomba təhlükəsi səbəbindən 600-ə yaxın insan təxliyə edilib

Çexiyanın qərbində yerləşən Litvinov şəhərində İkinci Dünya Müharibəsindən qalma hava bombasının tapılması ilə əlaqədar 582 nəfərin təxliyəsi həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə CTK agentliyi polisə istinadən məlumat yayıb.

Litvinovda yerləşən neft emalı zavodunun ərazisində 250 kq ağırlığında bomba aşkar edilib. Müharibə zamanı bu şəhərin ərazisində yerləşən sənaye obyektləri anti-Hitler koalisiyasına daxil olan müttəfiq ölkələrin hərbi hava qüvvələri tərəfindən kütləvi şəkildə havadan bombardmana məruz qalıb.

Aşkar edilmiş bomba avqustun 27-dək tapıldığı yerdə qalacaq. Onu yoxlayan istehkamçılar belə qənaətə gəliblər ki, partlayış təhlükəsi böyükdür və onun şəhərdən çıxarılması, eləcə də sonradan ləğv edilməsi üçün ən münasib şəraiti təmin etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi