Çexiya Almaniyadan 14 “Leopard 2A4” tankı alacaq
Digər ölkələr
- 20 noyabr, 2024
- 23:39
Çexiya 3,98 milyard krona (təxminən 150 milyon ABŞ dolları-red) Almaniyanın 14 “Leopard 2A4” tankını alacaq.
“Report” xəbər verir ki, bu barədə CTK informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, tankların alınması respublika hökuməti tərəfindən təsdiqlənib. Çexiyanın Müdafiə Nazirliyi 2024-cü ilin sonuna qədər döyüş texnikası istehsalçısı “Rheinmetall Landsysteme” ilə müvafiq müqavilə bağlamağı planlaşdırır, buna görə 14 tankın hamısı 2026-cı ilin sonuna qədər alınmalıdır.
Xatırladaq ki, Çexiya əvvəllər Almaniyadan hədiyyə olaraq 28 ədəd “Leopard 2A4” tankı alıb. Berlin Ukraynaya göstərdiyi hərbi yardıma görə onları Praqaya verib. Orduda ümumilikdə 42 belə tank olacaq.
Son xəbərlər
23:08
Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova Avropa birinciliyində iki medal qazanıb
Fərdi23:04
ABŞ-dən müttəfiqlərinə İran ultimatumu: Ya Vaşinqtonu dəstəkləməli, ya da sanksiyalarla üzləşməlidirlər
Digər ölkələr23:03
UEFA Konfrans Liqası: "Tvente" - "Qarabağ" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-2
Futbol22:58
UEFA Avropa Liqası: "Beşiktaş" pley-off mərhələsinin ilk oyununda inamlı qələbə qazanıb
Futbol22:52
Avropa dövlətləri İsrailə qarşı: İordan çayının Qərb sahilində yaşayış məntəqələri qanunsuzdur
Digər ölkələr22:44
ABŞ Kuba və Ekvador nümayəndələrinə və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr22:20
Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə22:18
Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Bordo mərhələsində mübarizəni dayandırıb
Komanda22:12