Britaniya vətəndaşlarına İrana səfərlə bağlı qadağa ləğv edilib
Digər ölkələr
- 26 iyul, 2015
- 04:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 iyul. REPORT.AZ/ Böyük Britaniya vətəndaşlarına İrana səfərlə bağlı qadağa ləğv edilib. "Report" Anadolu agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Britaniyanın Xarici İşlər Nazirliyi açıqlama verib.
Məlumatda bildirilir ki, ölkə vətəndaşlarına ehtiyac olmadıqca İranın İraq, Pakistan və Əfqanıstanla həmsərhəd bölgələrinə səfər etməmək tövsiyə olunur, lakin İranın digər bölgələrinə səyahətlə bağlı qadağa aradan qaldırılır.
Britaniyanın xarici işlər naziri Filip Hammond qeyd edib ki, hazırda İranda İngiltərə vətəndaşlarına qarşı risk azalıb. Bu ilin sonuna qədər isə Britaniyanın Tehrandakı səfirliyinin yenidən açılması nəzərdə tutulur.
Son xəbərlər
07:43
İlon Mask Corc Sorosu geridə qoyub
Digər ölkələr
07:26
"Rosatom": Macarıstanda "Pakş-2" AES layihəsinin dayandırılması ehtimalı var
Digər ölkələr
06:45
Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
Energetika
06:25
"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
Energetika
05:55
"SpaceX" ABŞ-də ən azı 80 min mobil rabitə qülləsini icarəyə götürmək istəyir
İKT
05:18
Niderland "Ostin" fırtınasına hazırlaşır
Digər ölkələr
04:49
ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərdə süni intellekt sisteminin tətbiqinə 25 milyon dollar ayırıb
Digər ölkələr
04:15
Rubio və Rütte Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər
Digər ölkələr
03:50
Tramp yanacağın bahalaşmasına qarşı Koreya müharibəsi dövrünün qanununu tətbiq edib
Digər ölkələr