Böyük Britaniya Rusiya ilə bağlı fiziki və hüquqi şəxslərin ölkənin hüquq ekspertizasına girişinə qadağa qoyulduğunu elan edib.
Bu barədə “Report” “Sky News”a istinadən xəbər verir.
Belə ki, bu gündən etibarən britaniyalı hüquqşünaslara Rusiya şirkətlərinə müəyyən biznes əməliyyatları üzrə məsləhət vermək qadağan olunacaq.
Britaniya rəsmiləri bildiriblər ki, sanksiyalar Rusiyanın qlobal korporasiyalar arasında ticarət sövdələşmələrindən tutmuş beynəlxalq pul kreditlərinə qədər hər şey üzrə hüquqi məsləhət almaq qabiliyyətinə təsir göstərə bilər.
Qadağaları elan edən Böyük Britaniya Ədliyyə Departamenti, Rusiyanın lazımi araşdırma üçün Qərb ölkələrindən çox asılı olduğunu bəyan edib.
Qeyd edək ki, Böyük Britaniya əvvəllər Rusiya bizneslərinə ildə təxminən 56 milyon funt sterlinq dəyərində hüquqi xidmətlər göstərirdi.