Braziliyanın San-Paulu ştatının böyük bir ərazisi yanğına qərq olub

Braziliyanın San-Paulu ştatının böyük bir ərazisi yanğına qərq olub Braziliyanın San-Paulu ştatında həftənin ortalarında şəkər qamışı plantasiyalarında baş verən yanğın 50 min kv.m-dən çox ərazini bürüyüb.
Digər ölkələr
24 Avqust , 2024 07:52
Braziliyanın San-Paulu ştatının böyük bir ərazisi yanğına qərq olub

Braziliyanın San-Paulu ştatında həftənin ortalarında şəkər qamışı plantasiyalarında baş verən yanğın 50 min kv.m-dən çox ərazini bürüyüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ştat hökuməti yanğının söndürülməsində iştirak edən iki nəfərin həlak olduğunu bildirib.

Yerli “G1” portalının məlumatına görə, yanğının sürətlə yayılmasına bu ərazidə dörd aydır davam edən güclü külək və quraqlıq şərait yaradır. Qeyd olunub ki, cümə axşamı 11 milyondan çox əhalisi olan San-Paulu şəhərinin səması sarı rəngə dönüb.

Meteoroloqların fikrincə, bu, ştatın hər iki hissəsini bürümüş yanğınlardan yaranan tüstünün nəticəsidir. Belə ki, alov Amazon çayı bölgəsində daha geniş əraziyə yayılıb. San-Paulo hökuməti zərərçəkənlərə kömək etmək üçün böhran qərargahı yaradıb.

Son xəbərlər

Orphus sistemi