Braziliyada pandemiya dövründə dördüncü dəfə səhiyyə naziri təyin edilib

Braziliyada pandemiya dövründə dördüncü dəfə səhiyyə naziri təyin edilib Braziliya prezidenti Jair Bolsonaru Kardioloqlar Cəmiyyətinin prezidenti doktor Marsel Keyroqun səhiyyə naziri vəzifəsində Eduard Pazuellunu əvəzlədiyini elan edib
Digər ölkələr
16 Mart , 2021 08:48
Braziliyada pandemiya dövründə dördüncü dəfə səhiyyə naziri təyin edilib

Braziliya prezidenti Jair Bolsonaru Kardioloqlar Cəmiyyətinin prezidenti doktor Marsel Keyroqun səhiyyə naziri vəzifəsində Eduard Pazuellunu əvəzlədiyini elan edib.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

"Bu gün günorta Marsel Keyroqu (səhiyyə naziri-red) təyin etmək barədə qərar qəbul olunub. Onu artıq bir neçə ildir tanıyıram. Keyroqda Pazuellunun gördüyü işi yaxşı həyata keçirmək üçün hər şey var", - Bolsonaru bildirib.

Braziliya prezidentinin sözlərinə görə, Keyroq özünün işçi komandasını seçəcək və keçid prosesi bir-iki həftə sonra olacaq.

"Marsel Keyroq səhiyyə məsələləri ilə bağlı çox yaxşı məlumatlandırılıb. O, bütün dünyanı sarsıdan bu xəstəlikdən ölən insanların sayını azaltmaq üçün tədbir görməyə hazırlaşır", - Bolsonaru əlavə edib.

Keyroq Braziliyada COVID-19 pandemiyası ərzində prezident səhiyyə naziri təyin etdiyi dördüncü şəxsdir.

Braziliyada pandemiya ərzində koronavirusa 11,5 milyondan çox insan yoluxub, təhlükəli infeksiyadan ümumilikdə 280 min nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi