Böyük Britaniyada Fələstin tərəfdarları maliyyə nazirinin çıxışını yarıda kəsiblər

Böyük Britaniyada Fələstin tərəfdarları maliyyə nazirinin çıxışını yarıda kəsiblər Leyboristlər Partiyasının Liverpulda keçirilən qurultayında Fələstin tərəfdarları Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivsin çıxışını yarıda kəsiblər.
Digər ölkələr
24 Sentyabr , 2024 00:56
Böyük Britaniyada Fələstin tərəfdarları maliyyə nazirinin çıxışını yarıda kəsiblər

Leyboristlər Partiyasının Liverpulda keçirilən qurultayında Fələstin tərəfdarları Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivsin çıxışını yarıda kəsiblər.

"Report" xəbər verir ki, tədbir "Sky News" telekanalı tərəfindən yayımlanıb.

Məlumata görə, nazirin çıxışının əvvəlində fəallardan biri Fələstinə dəstək şüarları səsləndirməyə başlayıb, Britaniya hökumətindən İsrailə silah tədarükünü dayandırmağı tələb edib, toplaşanlardan bəziləri sonra ona qoşulub.

Qeyd olunub ki, həmin gənc təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zaldan zorla çıxarılıb.

“Sky News”un məlumatına görə, aksiya hakimiyyəti neft sənayesinə investisiya qoyuluşundan imtina etməyə çağıran "Climate Resistance" iqlim hərəkatı tərəfindən təşkil edilib.

Son xəbərlər

Orphus sistemi