Bolqarıstan tarixində prezident postunu ilk dəfə qadın tutub - YENİLƏNİB

Digər ölkələr
  • 23 yanvar, 2026
  • 18:28
Bolqarıstan tarixində prezident postunu ilk dəfə qadın tutub - YENİLƏNİB

Bolqarıstan Konstitusiya Məhkəməsi bu gün Rumen Radevin könüllü istefasından sonra prezident səlahiyyətlərini vitse-prezident İliana Yotovaya rəsmən təhvil verib.

Bu barədə "Report" yerli "Novinite" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, o, ölkə tarixində ilk qadın dövlət başçısıdır.

Daha əvvəl Bolqarıstan Konstitusiya Məhkəməsi yekdilliklə Rumen Radevin istefasını qəbul etmişdi. Hakimlər təsdiq ediblər ki, prezident könüllü qərar verib və əlavə araşdırmalara ehtiyac yoxdur, çünki bu, impiçmentlə bağlı iş deyil.

Rəsmi hakimiyyət dəyişikliyi bu gün baş verib. Yeni prezidentin təkrar and içməsinə ehtiyac yoxdur, çünki o, artıq 2021-ci ildə vitse-prezident kimi and içib.

Bolqarıstanın Konstitusiya Məhkəməsi bu gün ölkənin Prezidenti Rumen Radevin istefasını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.

"Bütün 12 hakim yekdilliklə Radevin istefası ilə bağlı qərar qəbul edib. Bu qərar qətidir və bu gündən qüvvəyə minir", - məlumatda bildirilib.

R.Radev ölkənin Konstitusiya Məhkəməsinə istefa ərizəsini yanvarın 20-də təqdim edib. Ərizənin təqdim edildiyi andan onun səlahiyyətləri vitse-prezident İliyana Yotovaya keçib. İ.Yotova 2027-ci il yanvarın 22-dək prezident vəzifəsini icra edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti