Boliviyada baş vermiş 2 yol qəzasında 18 nəfər ölüb, 9 nəfər yaralanıb
Digər ölkələr
- 01 iyul, 2016
- 21:43
Bakı. 2 iyul. REPORT.AZ/ Boliviyada baş vermiş 2 yol qəzasında 18 nəfər ölüb, 9 nəfər yaralanıb. "Report"un məlumatına görə, bu haqda Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, ilk qəza ölkənin qərbində, Kilyakolo vilayətində baş verib. İçində 12 sərnişinin olduğu mikroavtobus avtobusla toqquşub. Nəticədə 9 nəfər ölüb. Ağır xəsarət almış iki nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hadisəyə səbəb mikroavtobusun idarəetməni itirməsi və qarşıdan gələn avtobusun yoluna çıxması olub.
İkinci yol qəzası isə Potosi-Sukre şosesində baş verib. Avtobusun yoldan çıxaraq aşması nəticəsində 8 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Polis faktla bağlı araşdırma aparır.
Son xəbərlər
21:47
Azərbaycan və Rusiya XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət21:46
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ayaks" oyunu başlayıb
Futbol21:40
Avropa liderləri Trampla Ukraynanı müzakirə ediblər
Digər ölkələr21:33
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Digər ölkələr21:17
"Mançester Yunayted"in futbolçusu İtaliya klubuna keçmək istəmir
Futbol21:10
Nyu-York məhkəməsi Epşteyn işi üzrə materialların dərcinə icazə verib
Digər ölkələr20:59
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Region20:38
Video
Naxçıvanda qar örtüyünün hündürlüyü 3 sm olub
Ekologiya20:35