Boliviyada avtobus yük maşını ilə toqquşub: 15 ölü

Digər ölkələr
  • 25 dekabr, 2015
  • 22:03
Boliviyada avtobus yük maşını ilə toqquşub: 15 ölü

Bakı. 26 dekabr. REPORT.AZ/ Boliviyanın Kaçamamba şəhərində sərnişin avtobusu yük maşını ilə toqquşub.

"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 14 sərnişin və avtobus sürücüsünün köməkçisi ölüb, azı 10 nəfər yaralanıb.

Polis hesab edir ki, hadisəyə səbəb yük maşınının sürücüsünün təcrübəsizliyi olub. O, həbs olunub.