BMT-nin dəniz təşkilatının şurası Yaxın Şərq üzrə təcili sessiya keçirəcək
Digər ölkələr
- 12 mart, 2026
- 19:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) Şurası Yaxın Şərqdəki münaqişəni müzakirə etmək üçün növbədənkənar sessiya keçirəcək.
"Report" xəbər verir ki, bu barədə TASS təşkilatın mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.
"Beynəlxalq Dəniz Təşkilatı Ərəb dənizi, Oman körfəzi və Fars körfəzində, xüsusilə də Hörmüz boğazında vəziyyətin gəmiçiliyə və dənizçilərə təsirini müzakirə etmək üçün öz Şurasının növbədənkənar sessiyasını keçirəcək. Sessiya martın 18-19-da İspaniya nümayəndəsi Viktor Himenesin sədrliyi ilə Londonda IMO-nun Baş qərargahında keçiriləcək", - bəyanatda bildirilib.
Son xəbərlər
04:05
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
Digər ölkələr
03:37
Foto
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
Region
03:11
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
Digər ölkələr
02:36
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
Digər ölkələr
02:12
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
Futbol
01:44
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib - Yenilənib
Region
01:22
Meksikada kartel liderinin həbsi zamanı dörd hərbçi həlak olub
Digər ölkələr
01:02
Foto
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib
Region
00:45
Fransada keçirilən etirazlarda 144 nəfər saxlanılıb - Yenilənib
Digər ölkələr