BMT-nin Baş katibi ŞƏT sammiti çərçivəsində Çin Prezidenti ilə görüşəcək
Digər ölkələr
- 28 avqust, 2025
- 21:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Baş katibi Antoniu Quterreş Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin Tyantszin sammitində iştirak etmək üçün Çinə səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə baş katibin sözçüsü Stefan Düjarrik məlumat verib.
Səfər zamanı Quterreş Çin Prezidenti Si Cinpinlə görüşməyi planlaşdırır.
Düjarrikin sözlərinə görə, BMT-nin Baş katibi avqustun 28-də Çinə uçacaq, o, ŞƏT+ sessiyasında iştirak edəcək və Çinin xarici işlər naziri Van İ, eləcə də sammitə gələn bir sıra digər liderlərlə ikitərəfli görüşlər keçirəcək.
Son xəbərlər
14:19
Beynəlxalq maliyyə institutlarının Azərbaycana investisiyaları 4 dəfədən çox artıb
Maliyyə
14:18
"Kəpəz"in futbolçusu Viktor Stina Moldova millisinə dəvət alıb
Futbol
14:15
Azərbaycan və Ukrayna Mingəçevirdə su anbarı tipli elektrik stansiyasının tikintisini müzakirə ediblər
Energetika
13:59
Pərviz Şahbazov: "Bakı Kiyevlə enerji tərəfdaşlığını dərinləşdirməyi hədəfləyir"
Energetika
13:52
"Barselona" son 100 ilin ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb
Futbol
13:51
Surinam özəl sektoru iqtisadi siyasətin hazırlanmasına daha fəal cəlb etmək niyyətindədir
Xarici siyasət
13:42
İƏT Əmək Mərkəzi müxtəlif ölkələrdə məşğulluq sahəsində süni intellekt platforması hazırlayır
Xarici siyasət
13:42
Keniya 23 mindən çox dövlət xidmətini rəqəmsal formata keçirib
Xarici siyasət
13:40
Hərbi və fövqəladə vəziyyətdə tibbi sığorta xərcləri dövlət büdcəsi hesabına maliyyələşdiriləcək
Daxili siyasət