Belarus XİN: Bir sıra malların tədarükünə məhdudiyyətlər Aİ-nin addımlarına cavabdır

Belarus XİN: Bir sıra malların tədarükünə məhdudiyyətlər Aİ-nin addımlarına cavabdır Belarusun bir sıra Avropa ölkələrindən malların tədarükünə əlavə məhdudiyyətlər tətbiq etmək qərarı Avropa İttifaqının sistematik qeyri-dost addımlarına məcburi cavab olub.
Digər ölkələr
22 May , 2024 22:51
Belarus XİN: Bir sıra malların tədarükünə məhdudiyyətlər Aİ-nin addımlarına cavabdır

Belarusun bir sıra Avropa ölkələrindən malların tədarükünə əlavə məhdudiyyətlər tətbiq etmək qərarı Avropa İttifaqının (Aİ) sistematik qeyri-dost addımlarına məcburi cavab olub.

“Report” “Belt”ə istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Belarus hökuməti Avropa İttifaqının və onun bir sıra aqressiv ölkələrinin Belarus Respublikasına qarşı sistematik qeyri-dost hərəkətlərinə məcburi cavab tədbirləri tətbiq etmək qərarına gəlib. Latviya, Litva, Polşa, Çexiya və Estoniyadan ayrı-ayrı malların, o cümlədən içkilər, kosmetika məhsulları, qablar, tekstil məmulatları, ayaqqabıların idxalına qadağa qoyulub. Bu qərar şəxsi istifadə üçün idxal edilən mallara təsir etməyəcək”, - nazirlikdən vurğulanıb.

Son xəbərlər

Orphus sistemi